...

Gənclərə turizm obyektlərində xidmət üzrə treninq keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 20:02 (UTC +04:00)
Gənclər üçün “Turizm obyektlərində xidmət işinin təşkili” mövzusunda treninqin keçirilməsinə başlanıb.
Gənclərə turizm obyektlərində xidmət üzrə treninq keçirilir

Bakı. Trend:

Martın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün "Turizm obyektlərində xidmət işinin təşkili" mövzusunda treninqin keçirilməsinə başlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 gün davam edəcək treninqin təşkilində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, gənclərə peşə seçimində dəstəyin göstərilməsidir.

Treninqdə iştirakçılara hotel və restoranlarda qonaqların qarşılanması və xidmətlərin göstərilməsi qaydaları, müştəri məmunluğunun əldə edilməsi və s. barədə məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti