...

British Airways Azərbaycana uçuşları dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 10:46 (UTC +04:00)
British Airways şirkəti 2016-cı il may ayının 1-dən etibarən London-Bakı marşrutu üzrə uçuşları dayandırır.
British Airways Azərbaycana uçuşları dayandırır

Bakı. Maksim Tsurkov - Trend:

British Airways şirkəti 2016-cı il may ayının 1-dən etibarən London-Bakı marşrutu üzrə uçuşları dayandırır. Bu barədə Trend-ə şirkətin Bakıdakı nümayəndəliyindən xəbər veriblər.

London-Bakı-London marşrutu üzrə son reys aprelin 29-da olacaq.

Şirkətdən uçuşların dayandırılmasının səbəbi kimi bu marşrut üzrə tələbatın az olması və kommersiya baxımından sərfəli olmaması göstərilib. Gələcəkdə bu marşrut üzrə yenidən uçuşların bərpa edilməsini də istisna etməyiblər.

Hazırda British Airways London-Bakı-London marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti