...

Bakı Biznes Tədris Mərkəzində sahibkarlar maarifləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2016 13:46 (UTC +04:00)
Aprelin 2-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzi və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib.
Bakı Biznes Tədris Mərkəzində sahibkarlar maarifləndirilib

Bakı. Trend:

Aprelin 2-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzi və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi" və "Marketinq araşdırmalarının aparılması" mövzularını əhatə edən treninqdə mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edilən güzəştlər, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti