...

Şəkidə gənclər üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2016 15:25 (UTC +04:00)
Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib.
Şəkidə gənclər üçün treninq keçirilib

Bakı. Trend:

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunu əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti