...

Bakıda Ümumdünya Gömrük Təşkilatının regional seminarı öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2016 15:34 (UTC +04:00)
Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın gücləndirilməsi üzrə regional ofisində “Harmonik sistem 2017-yə dəyişikliklər” üzrə Ümumdünya Gömrük Təşkilatının regional seminarı öz işinə başlayıb.
Bakıda Ümumdünya Gömrük Təşkilatının regional seminarı öz işinə başlayıb

Bakı. Samir Əli - Trend:

Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın gücləndirilməsi üzrə regional ofisində "Harmonik sistem 2017-yə dəyişikliklər" üzrə Ümumdünya Gömrük Təşkilatının regional seminarı öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 19 ölkənin gömrük xidmətləri nümayəndələrinin qatıldığı seminar DGK, Ümumdünya Gömrük Təşkilatı və Koreya Gömrük Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev harmonik sistemin ilk növbədə xarici ticarətin asanlaşdırılması və inkişafında mühüm rol oynadığını, bu sahədə tərəflərin öz bilik və təcrübələrinin bölüşməsinin ümumi işə töhfə verəcəyini vurğulayaraq tədbir iştirakçılarına məhsuldar iş arzulayıb.

Daha sonra ÜGT-nin nümayəndəsi Yara Novis, Koreya Gömrük Xidmətinin nümayəndəsi Yeon Ho Kanq və Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisinin nümayəndəsi Aydın İmaşev müzakirə olunacaq məsələlər və seminarın gömrük işinin səmərəli təşkilində rolu barədə danışıb.

4 gün davam edəcək seminarda mütəxəssislər ÜGT və onun missiyası, ÜGT-nin strateji planı, ÜGT-nin gəlirlər paketi, Harmonik sistem haqqında Konvensiya, harmonik sistemlə əlaqədar komitələr və harmonik sistemin yenilənməsində onların rolu, "Harmonik sistem-2017" istifadəçilərinə kömək etmək üçün harmonik sistem alətləri, "Harmonik sistem-2017"-yə dəyişikliklər haqqında ümumi məlumat və digər məsələlər barədə iştirakçılara məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti