...

"Azəriqaz" 78534 mənzilə texniki baxış keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 13:12 (UTC +04:00)
Aprel ayında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 78534 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.
"Azəriqaz" 78534 mənzilə texniki baxış keçirib

Bakı. Trend:

Aprel ayında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 78534 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

Trend bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.

Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Məlumatda bildirilir ki, təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti