...

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 11:40 (UTC +04:00)
Asim Zülfüqarov Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorunun müavini təyin edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar

Bakı. Azad Həsənli - Trend:

Asim Zülfüqarov Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorunun müavini təyin edilib. Bu barədə Trend-ə Palatadan bildiriblər.

Palatanın icraçı direktoru İbrahim Alışevdir.

A.Zülfüqarov, həmçinin Strateji xidmətlər departamentinin səlahiyyətlərinin icraçısı təyin edilib. Eyni zamanda, o həmin departamentin Strateji təhlil və risklər idarəsinin rəhbəridir.

Bundan başqa, İmran Məmmədov Bank fəaliyyətinə nəzarət departamentinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edilib. O, həmin departamentin Daxili nəzarət idarəsinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti