Bakı. Trend:
Parabank ASC Azərbaycan bankları arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlı banklardan biridir.
Bankdan Trend-ə verilən məlumata görə, 1991-ci ildən stabil və güvənli təsir bağışlayan bankın heyəti dünyada və ölkəmizdə baş verən maliyyə durumu və kredit siyasətində büdrəmədən addımlar atır.
Bankın bütün filial və şöbələri müştərilərin etimadını doğruldaraq düzgün kredit siyasəti aparır. Bankın bütün kollektivi onun imicini düşünərək ən dolğun və rahat şəkildə müştərilərə bütün məhsullar haqqında dolğun informasiyalar çatdırır, saytlar və sosial şəbəkələrdə insanlara rahatlıq verə biləcək, onları marifləndirəcək formada məlumatlar paylaşırlar.
Müştəriləri bankda gülərüz və profesional mütəxəsislər, məsləhətçilər, qrup rəhbərləri hətta lazım gələrsə filial müdirləri qarşılamağa, onların əmanətləri eləcə də kreditləşmə proseslərinə hər an münasibət bildirməyə, eyni zamanda yardım etməyə hazırdırlar.
Bankdan hər hansı bir məlumatı 139 qısa nömrəsi, eləcə də www.parabank.az saytı vasitəsilə əldə edə bilərsiniz.
Parabank, paramızın etibarlı evi.