...

Suma Çakrabati: AYİB Azərbaycanda azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2016 11:30 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılan azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaq.
Suma Çakrabati: AYİB Azərbaycanda azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaq  (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:30-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılan azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaq.

Trend-in məlumatına görə, bunu AYİB-in prezidenti Suma Çakrabati Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib: "Bu məsələ barədə ilk dəfə ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə eşitdim. Onlara söz verdim ki, bu məsələni dəqiq şəkildə öyrənəcəyik. Qeyd etmək istəyirəm ki, AYİB digər ölkələrdə azad ticarət zonalarına artıq cəlb olunub. Lakin əvvəlcə bu məsələnin iqtisadi tərəfini öyrənməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti