...

Mərkəzi Bank ilk depozit hərracı keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 15:18 (UTC +04:00)
İyunun 13-də keçirilmiş hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil edib.
Mərkəzi Bank ilk depozit hərracı keçirdi

Bakı. Trend:

Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb.

AMB-dən Trend-ə verilən məlumata görə, depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib.

İyunun 13-də keçirilmiş hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil edib.

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti