...

Nazir müavini: "Azərbaycanda "Tax-free" yaxın vaxtlarda işə düşə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 15:52 (UTC +04:00)
Azərbaycanda xarici vətəndaşlar üçün nəzərdə tutulan “Tax-free” sistemi yaxın vaxtlarda işə düşə bilər.
Nazir müavini: "Azərbaycanda "Tax-free" yaxın vaxtlarda işə düşə bilər"

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda xarici vətəndaşlar üçün nəzərdə tutulan “Tax-free” sistemi yaxın vaxtlarda işə düşə bilər.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Trend-ə deyib ki, “Tax-free” sisteminin işə salınması ilə bağlı Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə uzun müddətdir işləyir:

“Hazırda bütün hazırlıq işləri başa çatıb, bütün sənədlər hazırlanıb, aidiyyəti qurumlara təqdim olunub və bir neçə gündür test rejimində yoxlamalar aparılır. Düşünürəm ki, yaxın vaxtlarda Milli Məclis məsələ ilə əlaqədar qanun qəbul edəndən sonra biz bu işə başlaya biləcəyik”.

Azərbaycanda "Tax free" tətbiq olundu

Azərbaycanda "Tax free" tətbiq olundu

Qeyd edək ki, "Tax free" sistemi xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etmək üçün xüsusi "Tax free" stikerləri olan ticarət obyektindən alış-veriş etmək lazımdır. "Tax free" stikerləri olan mağazalarda alınan mallara görə ödənilən ƏDV məbləği ölkəni tərk edən zaman hava limanında xaricilərə geri qaytarılır.

Vergilər Nazirliyindən də əlavə olaraq Trend-ə bildirilib ki, “Tax free” sistemi artıq 70-dən artıq mağazada, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında test rejimində işə salınıb və xarici vətəndaşlar bu xidmətdən yararlana bilərlər. Ölkənin digər hava limanlarının da (Lənkəran, Naxçıvan, Gəncə və Qəbələ) bu sistemə qoşulması istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti