...

Vergi borcu olanların sayı açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2016 15:43 (UTC +04:00)
Azərbaycanda vergi borcunun payı vergi daxilolmalarının 5 faizini təşkil edir.
Vergi borcu olanların sayı açıqlandı

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda vergi borcunun payı vergi daxilolmalarının 5 faizini təşkil edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, vergi borcu olanların sayı təqribən 10 min nəfər təşkil edir.

İ.Vəliyev bağlanan "TexnikaBank", "United Credit Bank" və "EuroBank"ın vergi borcları məsələsinə toxunaraq qeyd edib ki, hazırda bu banklarda həmin məsələ ilə məşğul olacaq ləğvedici komissiya işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti