...

Neft qiymətləri artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 13:04 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) bu ilin üçüncü və dördüncü rüblərində dünya neft tələbatının artmasını gözləyir və bu "qara gızılın" qiymətlərinə müsbət təsir edəcək. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın sədri, Qətərin energetika naziri Məhəmməd bin Saleh əl-Sada bəyan edib.

O bildirib ki, OPEC ölkələri sentyabrda Əlcəzairdə Beynəlxalq enerji forumu çərçivəsində qeyri-rəsmi məsləhətləşmələr aparacaq.

Nazir qeyd edib ki, son vaxtlar müşahidə olunan neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır: "Bu daha çox neft emal sahəsinin marjasının azalması, artıq neft ehtiyatlarının mövcüdluğu, Brexit və onun maliyyə bazarlarına təsiri ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti