...

TuranBank müştərilərə Tax Free xidmətini təklif etməyə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 11:28 (UTC +04:00)
TuranBank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir.
TuranBank müştərilərə Tax Free xidmətini təklif etməyə başladı

Bakı. Trend:

TuranBank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir. Bankın təklif etdiyi bu xidmət ən aşağı komisyon haqqı müqabilində müştərilərin Avropada etdikləri alış-verişlər üzrə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) qısa zaman ərzində geriyə qaytarılmasını təmin edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.
Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür: http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/
Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.
Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti