...

Sayımız yenə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2016 11:07 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-i vəziyyətinə 9765,4 min nəfərə çatıb.

Trend Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti