...

AXA MBASK Sığorta Agentliklərinin VI Forumunu keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2016 20:43 (UTC +04:00)
AXA MBASK Sığorta Şirkəti Mingəçevirdə Ağsaray Deluxe Hotelində “Stabil şirkət, stabil agentlik” adlı Sığorta Agentliklərinin VI İllik Forumunu keçirib.
AXA MBASK Sığorta  Agentliklərinin VI Forumunu keçirib (FOTO)

Bakı. Trend:

AXA MBASK Sığorta Şirkəti Mingəçevirdə Ağsaray Deluxe Hotelində “Stabil şirkət, stabil agentlik” adlı Sığorta Agentliklərinin VI İllik Forumunu keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, üç gün davam edən forumda AXA MBASK-la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.
Forumumda keçən ilin nəticələri, agentlərİn əməlİyyatlarIna təsİr edəcək tələblər və yenİlİklər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, AXA MBASK SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərir ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməkdədir.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-dən çox sığorta polislərinin satışı məntəqəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti