Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycanda "İşsizlərin icbari sığortası haqqında" qanunu tez bir zamanda qəbul etmək lazımdır.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda qanun layihəsi bütün müvafiq instansiyalarda artıq ekspertizadan keçib: "Biz Maliyyə Nazirliyinin rəyini gözləyirik və fikrimcə, yaxın gələcəkdə bu qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq".