...

"Azersun Holding" Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2016 15:55 (UTC +04:00)
"Azersun Holding" 2017-ci ildə Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxma imkanlarını öyrənəcək.
"Azersun Holding"  Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaq niyyətindədir

Bakı. Azad Həsənli – Trend:

"Azersun Holding" 2017-ci ildə Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxma imkanlarını öyrənəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə holdinqin baş direktoru Savaş Uzan deyib.

O bildirib: "Biz dünyanın 37 ölkəsinə öz məhsullarımızı ixrac edirik. Bizim Almaniyada, ABŞ-da ofislərimiz var, distribütorlarla işləyirik, Tailandda ciddi fəaliyyətimiz var. Biz gələn il Yaponiyada keçiriləcək sərgidə iştirak etməyi planlaşdırırıq. Bu bazar bizə çox maraqlıdır. Biz Çində də işləməyi davam etdiririk və orada iştirakımızı artırmaq istəyirik. Bundan başqa, biz xüsusilə Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ, Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaqda maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti