...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2017 18:03 (UTC +04:00)
Mərkəzi Bankın 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50100160S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 421,249,200.00 yerləşdirilmiş həcmi isə 100 mln manat təşkil edib.

Notların ödəmə tarixi 20 sentyabr 2017-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti