...

Elman Rüstəmov: DB-nin Azərbaycan üzrə portfeli MDB ölkələri arasında ən böyük portfellərdən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2017 10:56 (UTC +04:00)
Dünya Bankı əməkdaşlığa başladığı andan 50-dən çox layihənin icrası üçün Azərbaycana 3,6 milyard dollar vəsait ayırıb.
Elman Rüstəmov: DB-nin Azərbaycan üzrə portfeli MDB ölkələri arasında ən böyük portfellərdən biridir

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankı əməkdaşlığa başladığı andan 50-dən çox layihənin icrası üçün Azərbaycana 3,6 milyard dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Bank sədri bildirib ki, hazırda Dünya Bankı Azərbaycanda 1,4 milyard dollar dəyərində 10 layihəni realizə edir:

"Təkcə onu qeyd etmək kifayət edər ki, Dünya Bankının Azərbaycan üzrə portfeli MDB ölkələri arasında ən böyük portfellərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti