...

Azərbaycanda 120-dən çox BOKT fəaliyyət göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2017 12:18 (UTC +04:00)
Bu gün Azərbaycanın maliyyə bazarında 123 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir.
Azərbaycanda 120-dən çox BOKT fəaliyyət göstərir

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Azərbaycanın maliyyə bazarında 123 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

O qeyd edib ki, Palatanın fəaliyyəti müddətində ölkədə sektorun sağlamlaşdırılması üzrə böyük iş həyata keçirilib: “Faktiki olaraq, fəaliyyət göstərməyən maliyyə təşkilatları, tələblərə cavab verməyən şirkətlər bazarı tərk edib. Beləliklər, bu gün bazarda BOKT-lar fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bazar bu gün mənfəətlə işləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti