Bakı. Trend:
"DəmirBank" Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv bankların reyestrindən çıxarılıb.
Fonddan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “DəmirBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə ADIF-ə üzv olan “DəmirBank” 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.
Banka verilmiş şəhadətnamə ləğv edilib.