Bakı. Trend:
Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "DəmirBank" rəsmi olaraq müflis elan edilib.
Trend-in məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yaydığı məlumatda bildirilir. Məlumatda bildirilir ki, fond “Dəmirbank”a ləğvedici təyin edilib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.