İlham Əliyev: Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır

İlham Əliyev: Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır

Bakı. Trend:

Azərbaycan bütün tərəfdaşlarla Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir: “Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.

“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir”.

Prezident deyib ki, eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib: “İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.

Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq”.

İlham Əliyev bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılıb: “Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır".

“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Loading Bars
Xəbər lenti
Görkəmini dəyişən Sumqayıt: Şəhərin problemləri həllini tapıb (FOTO)
Bərdədə 28 yaşlı qızın xəstəxanada ölümü ilə bağlı cinayət işi başlandı
“Azərişıq”da enerji üzrə texniki itkilər açıqlanıb
Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?
Azərbaycanda qarğıdalı istehsalı artmaqdadır
Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistan atəşkəsi 69 dəfə pozub - Müdafiə Nazirliyi
Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər
Ceyhun Bayramov Gürcüstana səfərə yola düşüb
ABŞ-ın Kaliforniya ştatında benzin mühərrikli avtomobillərin satışı 2035-ci ildən qadağan ediləcək
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
Kolumbiyada zavodda qəza 5 nəfərin ölümünə səbəb oldu
İsraildə ötən gün koronavirusa 6 667 yeni yoluxma halı qeydə alınıb
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır
"Milan"ın futbolçusu Duarte koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb
Əfqanıstanda 30-a yaxın polis öldürülüb
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi
"İnstaqram"ın işində qüsurlar yaranıb
SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb
Emin Həsənov: Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir
225 obyektdə karantin rejiminin tələbləri pozulub
Mnatsakanyanın “danışıqlara hazırıq” bəyanatı daxili auditoriyaya hesablanıb – AzTV-də MÜZAKİRƏ
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb
"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib
Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır
Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
İranlı palata üzvü: Azərbaycan və İranın dəmiryolu potensialı ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdıra bilər
Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
“Johnson & Johnson” koronavirus vaksininin sınaqlarının üçüncü mərhələsinə başlayıb
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
Kolleclərin tibb ixtisasları üzrә hazırladığı mütәxәssislәrin sayı azalıb
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar (FOTOFAKT)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib (FOTO)
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yaydı
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb
Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb (FOTO/VİDEO)
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
"Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası Avropa 2-cisi kimi Vətənə qayıdıb (FOTO)
Daha bir şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edildi - Baş Prokurorluq
Azercell abunəçilərinə hədiyyə balans qazandırır!
Prezident İlham Əliyev: Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir
Prezident İlham Əliyev: Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir
Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib
Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı (FOTO)
Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır (FOTO/VİDEO)
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib (FOTO)
BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları - TƏHLİL
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF
Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sahibə Qafarovanın Vyaçeslav Volodin ilə görüşü olub (FOTO) (ƏLAVƏ OLUNUB)
Sentyabrın 24-də manatın dollara qarşı məzənnəsi
COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə PAŞA Bankdan dəstək (VİDEO)
Bakı-Quba yolunda təmir işlərinə başlandı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib (FOTO)
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)
İsrailin şəhər meri: Azərbaycanın tolerant ölkə olmasına heç bir şübhə yoxdur
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan (MÜSAHİBƏ) (VİDEO)
Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır
Azərbaycan Prezidenti: Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb (FOTO)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı
TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var (FOTO)
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır (FOTO)
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib (FOTO)
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
İranda bir gündə 184 nəfər koronavirusdan ölüb
Naxçıvana yeni ambulanslar verilib
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi
Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Liviyada hərbi helikopter qəzaya uğrayıb
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək
Sahibə Qafarova: Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər