Bakı. Trend:
Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı orta hesabla 3,3 faiz təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Agentlik Azərbaycanın xarici və yerli valyutada qısamüddətli və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib.
Reytinq üzrə proqnoz mənfidən stabilə dəyişib.