...

DəmirBank-da qorunan əmanətlər üzrə 27 milyon manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2018 09:52 (UTC +04:00)
“DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 27 milyon manatdan artıq kompensasiya ödəyib.
DəmirBank-da qorunan əmanətlər üzrə 27 milyon manatdan çox kompensasiya ödənilib

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 27 milyon manatdan artıq kompensasiya ödəyib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

ADIF 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan DəmirBank-da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.

Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

7 fevral tarixi də daxil olmaqla, indiyədək əmanətçilərə 27 milyon manatdan artıq kompensasiya ödənilib.

Kompensasiyanın ödənilməsi prosesi müfəvvəqiyyətlə davam etdirilir və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün bir il müddətində müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti