...

Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2018 13:20 (UTC +04:00)
“Moody's” beynəlxalq reytinq agentliyi 2018 və 2019-cu illərdə Azərbaycanda inflyasiyanın azalacağını gözləyir.
Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ

Bakı. Ənvər Məmmədov - Trend:

“Moody's” beynəlxalq reytinq agentliyi 2018 və 2019-cu illərdə Azərbaycanda inflyasiyanın azalacağını gözləyir.

Trend-in məlumatına görə, bu barədə reytinq agentliyinin hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda inflyasiya 6 faiz, 2019-cu ildə 5 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyd olunur ki, manatın məzənnəsinin sabitliyində əminlik inflyasiya gözləntilərini azaldır.

Bundan başqa, “Moody's” Azərbaycanda iki il ərzində ÜDM-in artacağını gözləyir. Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5 faiz, 2019-cu ildə 2 faiz artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti