...

Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracı üçün prioritet bazarlar hansılardır?

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2018 08:31 (UTC +04:00)
Rusiya və MDB ölkələri bu gün Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracı üçün prioritet bazarlardır.
Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracı üçün prioritet bazarlar hansılardır?

Bakı. İlkin Şəfiyev - Trend:

Rusiya və MDB ölkələri bu gün Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracı üçün prioritet bazarlardır.

Bunu Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

"Bu gün bizim üçün əsas ixrac istiqaməti Rusiya bazarıdır. Azərbaycan həmçinin MDB ölkələrinə də məhsul ixrac edir, əsasən ölkəmizdən şimalda yerləşən ölkələrə. Avropaya gəlincə, orada hal-hazırda bu sahədə güclü rəqabət var. Şimali Avropa bazarları Şimali Afrika və Cənubi Avropa ölkələri hesabına təmin edilir. Bu gün Şimali Avropa ölkələrində istehlak tədarükünün həcmindən çox deyil", deyə B.Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün hökumət müxtəlif tədbirlər həyata keçirir: biznesə güzəştlər tətbiq olunur, dövlət strukturları nəzdində apellyasiya şuraları yaradılır, qanunvericilik müasirləşdirilir və genişmiqyaslı islahatlar keçirilir. Belə ki, ölkədə sənaye parkları və məhəllələri, aqroparklar və yüksək texnologiya parkları fəaliyyət göstərir.

Bundan başqa, yerli istehsalçıların dəstəyi üçün hökumət ixrac missiyaları təşkil edir və digər tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti