...

“Bərəkətli Novruz” kampaniyasının bitməsinə cəmi 10 gün qaldı!

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2018 14:39 (UTC +04:00)
Martın 12-də start götürmüş “Bərəkətli Novruz” kampaniyasının bitməsinə cəmi 10 gün qalıb.
“Bərəkətli Novruz” kampaniyasının bitməsinə cəmi 10 gün qaldı!

Bakı. Trend:

Martın 12-də start götürmüş “Bərəkətli Novruz” kampaniyasının bitməsinə cəmi 10 gün qalıb.

"Bank Respublika"dan Trend-ə verilən məlumata görə, aprelin 12-dək davam edən kampaniya çərçivəsində nağd kredit alan müştərilərə Master Card GOLD LİTE debet kartı HƏDİYYƏ veriləcək. Kreditin məbləğindən asılı olaraq hədiyyə kartının balansındakı məbləğ 100 manatadək ola bilər.

Beləliklə Siz, nağd kredit götürməklə yanaşı balansında müəyyən məbləğdə 5 illik premium kartını da hədiyyə alacaqsınız. Kartlarda olan hədiyyə məbləğini ölkədaxili istənilən ticarət məntəqəsində POS-terminal vasitəsilə xərcləmək olar. Hədiyyə olunan məbləği müştərilər partnyor şəbəkəsində xərclədikdə 20%-dək bonus da qazana bilərlər.

Bankın təklif etdiyi kreditin maksimal mәblәği 10 000 manat, müddәti isә 36 ay tәşkil edir.5 000 manatadәk nağd kredit isә ZAMİNSİZ də verilә bilәr.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəsindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti