...

Valeh Ələsgərov: Azərbaycan iqtisadiyyatın inkişafı üçün Avropa ölkələrindən texnologiyaların cəlbində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2018 17:51 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatın inkişafı üçün inkişaf etmiş Avropa ölkələrindən texnologiyaların cəlb olunmasında maraqlıdır.
Valeh Ələsgərov: Azərbaycan iqtisadiyyatın inkişafı üçün Avropa ölkələrindən texnologiyaların cəlbində maraqlıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan iqtisadiyyatın inkişafı üçün inkişaf etmiş Avropa ölkələrindən texnologiyaların cəlb olunmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin sədri Valeh Ələsgərov deyib.

V.Ələsgərovun sözlərinə görə, təbii ehtiyatlar ölkə iqtisadiyyatının uğurlu inkişafının təmin olunması üçün kifayət deyil:

“Burada ilk növbədə qanunvericilik məsələsi ortaya çıxır. Azərbaycan neft-qaz sahəsinə on milyardlarla dollar cəlb edə bilib ki, bunun da əsası qanunvericilikdir. SOCAR-la xarici şirkətlər arasında imzalanmış müqavilələr Milli Məclis tərəfindən qanun səviyyəsində qəbul edilir. “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın öz neft və qazını xarici bazarlara tədarük etmək imkanı yox idi. Bir sıra müqavilələr imzalandıqdan sonra Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri inşa olundu. Bu gün biz yeni layihələr – “Cənub Qaz Dəhlizi”, Ələtdə azad iqtisadi zona layihələrini həyata keçiririk. Bu məsələlərin də əsasında qanunvericilik dayanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti