...

Moskva məhkəməsi Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkətinin kapitalına həbs qoyub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2018 18:32 (UTC +04:00)

İlk xəbər saat 17:52-də yayımlanıb

Bakı. Trend:

Moskva Arbitraj Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti "MBA-Moskva"nın kapitalında 41,6 faizlik paya həbs qoyub.

Trend-in məlumatına görə, bu qərar "Sberbank"ın müraciəti əsasında verilib.

Məhkəmənin qərarında qeyd olunur ki, “Sberbank” Moskva şəhər Arbitraj Məhkəməsinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “MBA-Moskva”dakı payına həbs qoyulması ilə bağlı müraciət edib.

Aprel ayında isə “Sberbank” İngiltərə və Uels Yüksək Ədalət Məhkəməsinə müraciət edərək “MBA-Moskva”nın kredit müqaviləsi üzrə 21,27 milyon dollar həcmində olan borcunun “Sberbank”a qaytarılmasını tələb edib. Lakin “Sberbank” borcu ala bilməyib.

Xatırladaq ki, ötən il Beynəlxalq Bankın Müşahidə Şurası bankın xarici öhdəliklərinin restrukturizasiyası barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti