...

Moody's: ABB-yə ölkənin bank sektorunun ümumi aktivlərinin təxminən üçdə biri düşür (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2018 10:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankına ölkənin bank sektorunun ümumi aktivlərinin təxminən üçdə biri düşür.
Moody's: ABB-yə ölkənin bank sektorunun ümumi aktivlərinin təxminən üçdə biri düşür (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Beynəlxalq Bankına (ABB) ölkənin bank sektorunun ümumi aktivlərinin təxminən üçdə biri düşür.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə “beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.

Onun sözlərinə görə, ABB-nin payına ümumi aktivlərin 31 faizi düşür: “Bu, 2016-cı ilin yekunları ilə müqayisədə səkkiz faiz aşağıdır. Aktivlərin daha 30 faizi digər 3 iri özəl bankın – “PASHA Bank”, “Kapital Bank” və “Xalq Bank”ın payına düşür. Azərbaycanın qalan 26 bankının aktivlərin ümumi həcmi 39 faiz təşkil edir”.

P.Paklin qeyd edib ki, ABB-nin aktivlərinin restrukturizasiyası bu gün üçün təxminən 15 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti