...

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2018 16:29 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan 5 saylı metal konstruksiyalı yük anbarının sökülüb yeni Bakı limanında quraşdırılması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan 5 saylı metal konstruksiyalı yük anbarının sökülüb yeni Bakı limanında quraşdırılması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 07 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 09 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 10 avqust 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonu: 599-00-03 (1400)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti