...

FES bu il 1 dəfə, 2019-da 3 dəfə və 2020-də 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2018 02:20 (UTC +04:00)
Mərkəzi Bankın tolunu həyata keçirən ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) bu il 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir
FES bu il 1 dəfə, 2019-da 3 dəfə və 2020-də 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir

Bakı. Trend:

Mərkəzi Bankın tolunu həyata keçirən ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) bu il 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının yekunları üzrə yayılan məlumatında deyilir.

FES həmçinin ABŞ iqtisadiyyatının iqtisadiyyatının artım sürətinin bu il 3,1 faizə qədər artırmasını proqnozlaşdırılır. ABŞ-ın ÜDM artımı üzrə proqnoz 2019-ci il üçün 2,5 faiz təşkil edəcək, 2020-ci ildə isə 2 faizə qədər zəifələyəcəyi gözlənilir.

Hazırda işsizlik səviyyəsi 3,9 faiz təşkil edir.

Qeyd edək ki, Federal Ehtiyat Sisteminin (FES) 25-26 sentyabr keçirilmiş iclasında uçot dərəcəsi illik 1,75-2 %-dən 2-2,25% səviyyəsinə yüksəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti