...

“Veysəloğlu”nun təqaüd ayırdığı tələbənin layihəsi Avropada iri şirkətlərin diqqətinə səbəb olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2018 16:05 (UTC +04:00)
Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil alan Əlirza Orucov Avropada ölkəmizi layiqincə təmsil etməkdə davam edir.
“Veysəloğlu”nun təqaüd ayırdığı tələbənin layihəsi Avropada iri şirkətlərin diqqətinə səbəb olub (FOTO)

Bakı. Trend:

Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil alan Əlirza Orucov Avropada ölkəmizi layiqincə təmsil etməkdə davam edir.

“Veysəloğlu” Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, şirkətin təqaüd proqramı çərçivəsində təhsilini davam etdirən Ə.Orucov Şotlandiyada “Climate Launchpad” ekoloji startup yarışmasında təmsil olunub. Edinburq şəhərində təşkil olunan dünyanın ən böyük ekoloji layihələr yarışmasına həmyerlimiz “DR. Ocean” layihəsi ilə qatılıb.

Məlumat üçün bildirək ki, “DR.Ocean” neft sızmasını təyin edən cihazdır və bu layihə dünyanın bir çox böyük şirkətlərinin diqqətini cəlb edib. Bu qurğu vasitəsi ilə dənizdə suya sıza biləcək neftin qarşısını almaq mümkün olacaq.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən 3 tələbənin Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil almasına özünün Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı çərçivəsində dəstək olmuşdu.

Qeyd edək ki, Şotlandiyada keçirilən “Climate Launchpad” startup yarışmasına dünyanın 45 ölkəsindən seçilmiş 135 layihə final üçün bir araya gəlmişdilər. Ə. Orucovun “DR.Ocean” layihəsinə böyük şirkətlər tərəfindən təkliflər olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti