...

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2018 13:46 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycanda dövlət investisiyalarının və “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artması ilə əlaqədar 2019-cu il üçün Mərkəzi Asiyanın ümumi daxili məhsulu üzrə proqnozu 4,2 faizdən 4,3 faizədək artırıb
Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət investisiyalarının və “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artması ilə əlaqədar 2019-cu il üçün Mərkəzi Asiyanın ümumi daxili məhsulu üzrə proqnozu 4,2 faizdən 4,3 faizədək artırıb.

Trend bu barədə bankın “Asian Development Outlook 2018” hesabatına yenilənmiş əlavəsinə istinadən bildirir.

Eyni zamanda bank, Azərbaycanda inflyasiya proqnozlarının yaxşılaşması ilə əlaqədar 2018-ci il üzrə Mərkəzi Asiya regionunda inflyasiya proqnozunu 8,4 faizdən 8 faizədək azaldıb.

Digər ölkələrə gəldikdə isə, AİB Ermənistanda həm 2018-ci, həm də 2019-cu il üçün inflyasiya üzrə proqnozları artırıb. Qeyd olunur ki, 2018-ci ilin ilk 10 ayında ölkədə inflyasiya əvvəlki illə müqayisədə daha yüksək olub. Bundan başqa, Ermənistanda aksiz və gömrük rüsumlarının artımı gözlənilir.

Bank proqnozlaşdırır ki, Gürcüstanda valyutanın dəyərini itirməsi ilə əlaqədar inflyasiya arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti