Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan və Səudiyyə Ərəbistanı hava əlaqəsinin genişlənməsində maraqlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 5-ci iclasında deyib.
Nazir xatırladıb ki, Azərbaycan 2016-cı ilin fevralından Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin vətəndaşları üçün viza verilməsi prosedurunu sadələşdirib.
Onun sözlərinə görə, 2016-cı ildə Səudiyyə Ərəbistanından Azərbaycana 7,5 min, 2017-ci ildə 33,3 min, 2018-ci ildə 73 min turist gəlib. O əlavə edib ki, turist axını, əsasən yay aylarında müşahidə olunur:
“Birbaşa hava əlaqəsinin yaradılmasını zəruri hesab edirəm. Bu, təkcə turizmin deyil, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün vacib olacaq”.