...

Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2020 14:00 (UTC +04:00)
Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib
Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib

Bakı. Eldar Canaşvili - Trend:

Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət sektorunda əmək müqavilələrinin qeydiyyatının artımı 6,6 faiz təşkil edib.

M.Cabbarov qeyd edib ki, özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı 18,3 faiz təşkil edib ki, bu da dövlət sektorundan 3 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti