...

Mikayıl Cabbarov: Sahibkarlar biznesin inkişafı ilə bağlı dəstəklənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2020 11:28 (UTC +04:00)
Qiymətli daşların hasilatı ilə bağlı təşəbbüslər həm İqtisadiyyat Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən dəstəklənəcək
Mikayıl Cabbarov: Sahibkarlar biznesin inkişafı ilə bağlı dəstəklənəcək

Bakı. Eldar Canaşvili - Trend:

Qiymətli daşların hasilatı ilə bağlı təşəbbüslər həm İqtisadiyyat Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən dəstəklənəcək. Biz bu sahədə biznesin inkişafı üçün sərfəli şərtlər təqdim etməyə hazırıq.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Nazir bildirib ki, bu sahədə fəaliyyət göstərən iri şirkətlər uzun müddət işləyir və hazırda onlar öz fəaliyyətlərində inkişaf edirlər:

"Biz isə onlara hasilatda və məhsulun satışında lazımi şərait yaradırıq. Bugünkü görüşün məqsədi ondan ibarətdir ki, uğurlu fəaliyyət göstərən iş adamları, eləcə də yeni fəaliyyətə başlayan sahibkarlar öz fəaliyyətinin inkişafı üçün dəstək görsün".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti