...

BTQ layihəsinin Gürcüstan tərəfi infrastruktur işlərdən danışıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2020 09:10 (UTC +04:00)

Bakı. Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsində infrastruktur işləri aktiv rejimdə davam edir.

Bu barədə Trend-ə BTQ layihəsinin Gürcüstan tərəfinin administrasiyasından məlumat verilib.

Xəttin ən yüksək nöqtəsinin dəniz səviyyəsindən 2.183 metr yüksəklikdə yerləşən Taparavani-Pokani hissəsində olduğu qeyd edilir. Bu amilin layihəni həyata keçirərkən nəzərə alınması vacibdir:

"İnfrastruktur və istismara vermə işləri, qardan qoruyan hasarların inşası davam edir. Bunlarla birgə qurulmuş siqnalizasiya, mərkəzləşdirmə və bloklama sınaqları keçirilir".

Mənbənin məlumatına görə, bütün Gürcüstan hissəsində təhlükəsizlik normaları və standartlarına riayət olunması üçün tədbirlər görülür.

"Biz maksimum yüklənmə gücü ilə işləyirik" - layihənin Gürcüstan tərəfindən deyilib.

Xatırladaq ki, dəmir yolunun 46 ton yük qaldırma qabiliyyəti olan bir vinçlə təchiz olunmuş Gürcüstan hissəsində böyük tonajlı konteynerlərin boşaldılması üçün mexanikləşdirilmiş məntəqə yaradılıb. Burada qara qarşı qorunma qalereyaları da quraşdırılıb.

2017-ci ilin oktyabrında açılan BTQ dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası razılaşma əsasında inşa edilib. Dəmiryol istismarının ilkin mərhələsində yük daşımalarının həcmi 6,5 milyon ton yük, sərnişin daşımalarının sayı isə bir milyon nəfər səviyyəsində nəzərdə tutulub.

BTQ malların Çindən Avropaya Azərbaycan ərazisi ilə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir ki, bu da sözügedən marşrutu xüsusilə cəlbedici edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti