...

Bu il zərgərlik məmulatlarının satışı təxminən 70 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2020 13:14 (UTC +04:00)
Bu il zərgərlik məmulatlarının satışı təxminən 70 faiz azalıb

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan Zərgərlər Assosiasiyası 2021-ci ildə öz tərkibini genişləndirməyi düşünür.

Bunu Trend-ə Assosiasiyanın İdarə heyətinin sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, Zərgərlər Assosiasiyası 2020-ci ildə böyük həcmdə işlər görüb:

"Bu il bizə "AzerGold", "Azersuvenir", "Levata Group", "İtaldizain", "Rəsm", "Zinəti-Zişan", "Dastan", "Selvi" kimi şirkətlər qatılıb. Ümumilikdə bazarın 300-ə yaxın iştirakçısı Assosiasiyaya üzv olmaq niyyətini elan edib, amma karantin tədbirləri ilə əlaqədar sənədləşmə işlər baş tutmayıb".

T.Abbasquliyev bildirib ki, 2020-ci ildə zərgərlik məmulatlarının satışı təxminən 70 faiz, istehsal isə 80 faiz azalıb.

2021-ci illə bağlı proqnozlara gəldikdə, Assosiasiya sədri bildirib ki, zərgərlik məmulatlarına tələb və satışları əsasən toy mərasimlərinin, eləcə də ticarət mərkəzlərinin işi hesabına formalaşır və proqnozlar ölkədə karantin məhdudiyyətlərinin aradan qaldırılmasına bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti