...

Azərbaycanın MDB ölkələrinə ixracı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2021 10:39 (UTC +04:00)
Azərbaycanın MDB ölkələrinə ixracı artıb

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 1,192 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında MDB ölkələrinin payı 9,13 faiz təşkil edib.

Eyni zamanda, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələrindən idxalı 2,493 milyard dollara bərabər olub.

Azərbaycanın ümumi idxalında MDB ölkələrinin payı 25,74 faiz təşkil edib.

Azərbaycanın 2020-ci ilin yanvar-noyabr aylarında ümumi xarici ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 25,8 faiz azalaraq 22,746 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti