...

Azərbaycanla MDB ölkələri arasında ticarət əməliyyatlarının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2021 13:17 (UTC +04:00)
Azərbaycanla MDB ölkələri arasında ticarət əməliyyatlarının həcmi artıb

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət əməliyyatlarının həcmi 60,4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 32,7 faiz artaraq 256,343 milyon dollara bərabər olub. MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 9,19 faiz təşkil edib.

Eyni zamanda MDB ölkələrindən Azərbaycana idxal 339,12 milyon dollar təşkil edib. MDB ölkələrinin Azərbaycanın ümumi idxalında payı 21,04 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti