...

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2021 13:22 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2021-ci ilin martında Türkiyədən Azərbaycana ixrac 188,664 milyon dollar, Azərbaycandan idxal isə 69,646 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-mart aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 668,447 milyon dollar artaraq 182,316 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 491,883 milyon dollar, Azərbaycandan idxal isə 176,564 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.

İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti