...

BTQ xətti ilə yük daşımaları artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2021 20:28 (UTC +04:00)
BTQ xətti ilə yük daşımaları artırılacaq

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialının tam istifadəsinin qarşısında dayanan maneələr birgə səylərlə aradan qaldırılacaq.

Trend-in məlumatına görə, bu barədə ötən həftə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli protokolunda bildirilir.

Qeyd olunur ki, dəmiryol xəttinin mövcud potensialına nail olması üçün zəruri addımlar atılacaq, prosedurlar sadələşdiriləcək və daşıma əməliyyatları ilə bağlı məsələlər tənzimlənəcək. Bütün bu addımlar BTQ ilə yük daşımalarının artmasına gətirib çıxaracaq.

Protokolin imzalanmasında verdiyi açıqlamada Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, bu marşrut daşımaların artması təqdirində digər dəhlizlərlə rəqabət səviyyəsinə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti