...

Əsas hədəfimiz sahibkarlarla bağlı qanunvericilik bazasının sadələşdiriliməsidir - Deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 13:21 (UTC +04:00)
Əsas hədəfimiz sahibkarlarla bağlı qanunvericilik bazasının sadələşdiriliməsidir - Deputat

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bizim əsas hədəfimiz Azərbaycanın sahibkarlarla bağlı qanunvericilik bazasının sadələşdiriliməsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərə dəstək dövlət siyasətinin istiqamətlərindən biridir və Azərbaycanda bu yöndə zəruri işlər aparılır.

"Milli Məclisdə iki istiqamətə diqqət yönəlib. Birincisi, qanun çərçivəsində sahibkarlıq fəaliyyətinin azad icrası üçün şəraitin yaradılması, ikincisi isə dövlət dəstəyinin inkişafıdır. Bu gün biznesin yaradılması proseduru əvvəlki kimi 15 deyil, 2 addımdan ibarətdir. Bundan başqa, biz sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi üçün prosedurları müzakirə edirik", - deyə o, bildirib.

Deputatın sözlərinə görə, bu gün bir çox sahibkarın biznes ideyası olsa da, müxtəlif səbəblərdən onu həyata keçirə bilmirlər.

"Bu baxımdan bizim bu gün əsas hədəflərimiz sahibkarlarla bağlı qanunvericilik bazasının sadələşdiriliməsidir. Gənc sahibkarlar öz bacarıqlarını yeni reallıqlara uyğun inkişaf etdirməlidir. İnnovativ olmalı, müasir texnologiyalar tətbiq etməlidirlər", - T.Mirkişili deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti