...

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2022 11:46 (UTC +04:00)
Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 14-də Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında "Yaşıl Kart" sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov və Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif Eroğlu imzalayıb.

Qeyd olunur ki, protokol Azərbaycanla Türkiyə arasında sərhəd məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

Bundan başqa, sistemin inteqrasiyasından sonra "Yaşıl Kart" sığorta polislərinin satışı və əldə olunması proseduru sadələşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti