...

Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunda Türkiyə birinci yerdədir - Nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2022 10:48 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunda Türkiyə birinci yerdədir - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyanlar arasında Türkiyə birinci yerdədir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi 5 minə yaxın Türkiyə şirkətinə Azərbaycanda rahat biznes mühiti yaradılması üçün dəstək olur.

"Türkiyə Azərbaycanın ikinci ən böyük ticari əməkdaşıdır. Sevindirici haldır ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və yenidənqurma işlərinə böyük maraq göstərir və prosesdə yaxından iştirak edirlər", - deyə E.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti