...

Martda Türkiyədə Rusiya kapitalı ilə 300-dən çox şirkət qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2023 13:41 (UTC +04:00)
Martda Türkiyədə Rusiya kapitalı ilə 300-dən çox şirkət qeydiyyata alınıb

Bakı. Trend:

2023-ci ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 308 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 213 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 411,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 89,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (158) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 157,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 165 topdan və pərakəndə ticarət, 25 istehsalat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti