...

İtaliya-Azərbaycan münasibətləri bir çox sahədə yüksək səviyyədə inkişaf etməkdədir - Səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2023 16:16 (UTC +04:00)
İtaliya-Azərbaycan münasibətləri bir çox sahədə yüksək səviyyədə inkişaf etməkdədir - Səfir
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya-Azərbaycan münasibətləri bir çox sahədə yüksək səviyyədə inkişaf etməkdədir.

Trend cümə günü xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya mədəniyyətinə və "Made in Italy" brendində həsr olunan tədbirdə jurnalistlərə deyib.

"Tam qarşılıqlı anlayış içərisində çox isti və dost münasibətlərimiz var, dövlət rəhbərlərimizin də çox gözəl münasibətləri var. Bir-birimizi fərqli sahələrdə qarşılıqlı şəkildə dəstəkləyirik. Pandemiya dövründə Azərbaycanın İtaliyaya dəstəyini qeyd etmək istəyirəm", - o deyib.

Səfir fevral ayında Azərbaycanda 1280 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulduğunu xatırladıb. Stansiyanın tikintisi İtaliyanın "Ansaldo Energia" şirkəti ilə birgə həyata keçiriləcək.

"Həmçinin bu yaxınlarda Bakı yaxınlığında italyan üsulu ilə bitki yağı istehsalına başlanılıb. Bu bizim səylərimizi birləşdirməklə ümumi zövqlərə cavab verən məhsul istehsal etdiyimizin göstəricisidir", - Taffuri deyib.

Qeyd edək ki, mayın 12-də "Italian Wines - Taste the passion" adlı tədbir keçirilib. Tədbirin məqsədi İtaliya mədəniyyəti, brendləri ilə tanışlıq, həmçinin "Made in Italy" brendinin promosiyasından ibarət olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti